Cənubi Koreya və Şimali Koreya gələn ay birgə sammit keçirəcək

Cənubi Koreya və Şimali Koreya gələn ay iki ölkə arasında yerləşən Panmunjom kəndində sammit keçirilməsini planlaşdırır.

Şimali Koreya nüvə silahını müzakirə etməkdə könüllülük nümayiş etdirdikdən sonra Cənubi Koreya çərşənbə günü görüşün keçiriləcəyini təsdiqləyib.

Cənubi Koreya prezidentinin Şimali Koreyaya yüksək səviyyəli məsləhətçisi ABŞ-la gələcək danışıqlarda nüvə və raket testlərinin dayandırılması və nüvəsizləşdirmə məsələlərini müzakirə etməyə könüllülük ifadə edib.

Bəzi cənubi koreyalılar sammitin gözləntilərindən ehtiyyat edir.

Çərşənbə axşamı aparılan müzakirələrin Koreyalara həqiqi sülh gətirəcəyi çoxları tərəfindən şübhə ilə qarşılanıb.

Birləşmiş Ştatlar rəsmiləri Şimali Koreya ilə nəticəsiz danışıqların keçirilməməsini açıq aydın bildirib və qeyd edib ki, Şimali Koreya nüvə silahını təslim etməyincə, hərbi ölçülər də daxil olmaqla bütün variantlar masa üzərində qalacaq.