ABŞ senatoru deyib ki, müharibə Şimali Koreyanın nüvə raketi hədələrinin qarşısını ala bilməyəcək və Pxenyanla dialoq qurmaq güzəştə getmək demək deyil.
ABŞ-la Şimali Koreya arasında son zamanlar baş verən münaqişə yarımadada gərginliyin artmasına səbəb olduğu bir vaxt ABŞ konqresindən bir qrup nümayədə heyəti senator Edvard Markinin başçılığı altında Seula səfər edib.
“Şimali Koreya ilə danışıqlar aparmaq güzəştə getmək demək deyil. Bu, Koreya yarımadasını nüvəsizləşdirmək barədə razılıq əldə etmək üçün yeganə yoldur. Biz bildirmək istəyirik ki, bizim hərbi qüvvələrimizin orada olmasının yeganə səbəbi təcavüzün qarşısını almaq və hər-hansısa hücuma qarşı müdafiə olunmaqdır” deyə senator Edvard Marki bildirib.
Ötən həftələrdə Şimali Koreya ABŞ-ın Quam ərazisinə raket hücumu fikrindən daşınıb. Prezident Tramp isə deyib ki, Quama hər-hansısa hücuma müvafiq cavab veriləcək.