Şimali Koreya BMT-nin bu ölkədə insan haqlarının pozulması ilə bağlı qətnaməsini dəstəkləyən Birləşmiş Ştatlar və digər ölkələrin fəlakətli nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib.
Rəsmi hədə Şimali Koreyanın Milli Müdafiə Komissiyası tərəfindən edilib. Bu hədə Birləşmiş Ştatlarla müttəfiq olan və Şimalın “tör-töküntü” alandırdığı Cənubi Koreya kimi ölkələrə aiddir. Şimal eləcə də ölkədən qaçanları “zibil” adlandırıb. Şimali Koreya eləcə də Birləşmiş Ştatların təqibçiləri Yaponiya və Cənubi Koreyanın amansızcasına cəzalandırılacaqlarını bildirib.
Bu hədə Birləşmiş Ştatlarla müttəfiq olan və Şimalın “tör-töküntü” alandırdığı Cənubi Koreya kimi ölkələrə aiddir. Şimal eləcə də ölkədən qaçanları “zibil” adlandırıb.
Bütün bu hədələr BMT-nin bu yaxınlarda Təhlükəsizlik Şurasının Şimali Koreyada insan haqlarının pozulması ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsini istəməsindən sonra başlayıb.
Kim Conq Un hökuməti həbsxanalarda olan 100 mindən çox siyasi məhbusu işgəncələrə və zorakılıqlara məruz qoymaqda, hətta qətlə yetirməkdə ittiham edilir.
Donquk Universitetində Şinmali Koreya Araşdırmalar Mərkəzindən professor Kim Çon Hun Pxenyanın reaksiyasına təəccüb etmədiyini deyir. O, belə sərt cavabın hərbi qüvvədən istifadə etməkdən daha yaxşı olduğunu deyir.
Professor Şimali Koreyanın Birləşmiş Ştatlara və Cənubi Koreyaya sərt cavab verəcəyini gözlədiyini, lakin hərbi təcavüzə əl atmayacağını bildiyini deyir.
Şimali Koreya insan haqlarının pozulması ilə bağlı ittihamları rədd edir. O, BMT-nin son addımını “həyasızlığın ən yüksək nöqtəsi” adlandırır və belə bir qətnamənin ölkənin suverenliyinə hücum olduğunu və müharibə elan etmək demək olduğunu deyir.
Şimali Koreyanın son bəyanatı nüvə münaqişəsinə eyham vurur və belə bir təəssürat yaradır ki, Şimal növbəti nüvə sınağına hazırlaşır. Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, bir neçə nüvə və ballistic raketləri sınaqdan keçirib, həmçinin səmaya kiçik peyk göndərib.
BMT Təhlükəsizlii şurasının Pxenyanı Beynəlxalq Cinayət Məhkəməsinə verəcəyi aydın deyil. Belə ki, şurada Şimali Koyreanın yaxın müttəfiqləri olan Rusiya və Çin veto hüququna malikdirlər