Şimali Koreya Cənubi Koreyadakı xarici vətəndaşları ölkəni tərk etməyə çağırıb

Şimali Koreya rəsmiləri hərbi münaqişədə xəsarət almamaları üçün Cənubi Koreyadakı xarici vətəndaşların ölkəni tərk etməsinə çağırıb. Bu, Koreya yarımadasında müharibəyə dair digər bir hədə kimi dəyərləndirilib.

Ötən həftə Şimali Koreya bunabənzər xəbərdarlıqla paytaxt Pxenyandakı xarici səfirliklərə də xəbərdarlıq etmişdi.

Bu arada Pxenyanın Kaesonq birgə sənaye zonasının fəaliyyətini dayandırmasından sonra Şimali Koreya işçiləri bu gün işə çıxmayıb.

Cənubi Koreya prezidenti Park Geun-hye deyib ki, dünən Pxenyanın 50 min işçini obyektdən çıxarma qərarı Şimali Koreyanın dünyada etimadına zərər yetirəcək.

Şimali Koreyanın hədələrinə cavab olaraq müdafiə məqsədi ilə Yaponiya Tokio və onun ətraflarındakı əsas mövqelərdə balistik raketlərdən müdafiə sistemləri yerləşdirib.