Beynin naviqasiya sistemini aşkar edən alimlər Nobel Mükafatı alıb

Amerika Britaniyalısı alim Con O'Keefe və norveçli ailmlər Mey-Britt Moser və Edvard Moser beyinin naviqasiya sisteminin aşkar edilməsi üzərində apardıqları işə görə bu ilin tibb üzrə Nobel Mükafatına layiq görülüblər.

Bu gün İsveçin Karolinska İnstitutunda Nobel Assambleyası bildirib ki, laureatlar beyinin boşluqları xəritələşdirdiyini və müxtəlif atmosferlərdə hərəkət etməyə icazə verdiyinə dair suallara cavab verib.

O'Keefe 1971-ci ildə xəritələşdirmə mexanizmini aşkar edib. Alim o zaman müşahidə edib ki, siçovul otağın bir tərəfində olanda sinir hüceyrələrini müəyyən bir fəallıq göstərib və digər tərəfdə isə hüceyrələrin fəaliyyəti fərqli olub.

Ailəli olan Moserlər isə 2005-ci ildə siçovulun beyninin yaxınlığında başqa bir hüceyrə növü aşkar edib ki, bu hüceyrə şəbəkə sistemi yaradır və xəritələşdirmə hüceyrələri ilə əlaqəyə girərək beynin mövqeləşdirmə sistemini yaradır.

Daha da təxmilləşdirilən araşdırmalar müəyyən edib ki, oxşar hüceyrələr insan beynində də mövcuddur.