Nobel Sülh Mükafatının jurnalistlərə verilməsi mətbuat azadlığının önəmini vurğulayır

Your browser doesn’t support HTML5

Rusiyanın `Novaya Qazeta` qəzetinin jurnalisti Dmitri Muratov və Filippinli jurnalist Maria Ressa hökumətlər tərəfindən təhdidlər və təzyiqlərə baxmayaraq, həqiqətin söylənilməsi işinə sadiqliklərinə görə bu il Nobel Sülh Mükafatına layiq görülüb. Mətbuat azadlığı müdafiəçiləri bu addımın qlobal səviyyədə mətbuat azadlığına təhdidlərə işıq salacağına ümid bəsləyir.

“Norveç Nobel Komitəsi demokratiya və davamlı sülhün ilkin şərti olan ifadə azadlığını müdafiə etmək səylərinə görə 2021-ci il Nobel Sülh Mükafatını Maria Ressa və Dmitri Muratova təltif etmək qərarı verib”, komitənin sədri Berit Ress Andersen bildirib.

Filippində Rappler media saytının həmtəsisçisi olan Maria Ressa mükafatı almasını şok kimi qarşıladığını deyib. Filippin hökuməti Ressaya qarşı yüz ilə bərabər həbs cəzası ilə nəticələnə biləcək təxminən ona qədər iş qaldırıb. Lakin o bu ilin əvvəlində Amerikanın Səsinə verdiyi müsahibədə işinə sadiq qaldığını bir daha vurğulayıb.

"Düşünürəm ki, hökumət bilmir ki, hakimiyyətdən sui-istifadə edilməsi mənim hüquqlarımı müdafiə etmək əzmimi artırır. Mən könüllü olaraq hüquqlarımdan imtina etmirəm və bir jurnalist kimi mənim vəzifəm, sizin kimi, hakimiyyəti məsul tutmaqdan ibarətdir", o bildirib.

Mətbuat azadlığı üzrə ekspertlər jurnalistlərin bütün dünyada artan təhdidlərlə qarşılaşdığını və azad mətbuatın funksiya göstərən hər bir cəmiyyət üçün vacib olduğunu qeyd edirlər.

"Üzləşdiyimiz bu daha ciddi porblemlər, qarşılaşdığımız bu çox sayda böyük problemləri məlumatlandırılmadan, məlumat olmadan, xəbərləri verə bilən, vicdanla və dəqiq bir şəkildə xəbər verə bilən jurnalistlər olmadan həll edə bilmərik", Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon bildirib.

Dmitri Muratov Nobel Komitəsinin Rusiyada bu gün ən müstəqil qəzet adlandırdığı qəzetin redaktorudur. O, 1993-cü ildən qəzetə rəhbərlik edir və altı həmkarının fəaliyyətləri ilə əlaqədar öldürülməsinə baxmayaraq nəşri davam etdirir. Nobel Komitəsinin elanından sonra o, mükafatın öldürülən həmkarlarına ithaf edildiyi bildirib.

"Bu mükafat Anna Politkovskaya, Yuri Şekoçixin, İqor Domnikov, Anastasiya Baburova, Stas Markelov, Nataşa Estemirovaya – öz peşələrinə gözə həyatlarını qurban verən peşəkarlarımıza verilir. Mən bu mükafatın təltif edilməsi üçün düzgün seçim deyiləm", "Novaya qazeta"nın təsisçisi Dmitri Muratov deyib.

Jurnalistlər və mətbuat azadlığı müdafiəçiləri builki mükafatın mətbuat azadlığı qarşısında duran qlobal problemləri və dəqiq və tənqidi xəbərlərin əhəmiyyətini vurğulayacağına ümid edirlər.