Birmada demokratik hərəkatın lideri Aunq San Su Çi deyib ki, Nobel Sülh mükafatı ona demokratiya və insan hüquqları ilə bağlı ideyalarını ölkənin hüdudlarından kənarda yaymaq kimi bir imkan vermişdir. O, 21 ildən sonra Norveçdə Nobel mühazirəsini deyərkən dünya ölkələrində bütün siyasi məhbusların azad edilməsinə çağırıb.
Aung San Su Çi 1991-ci ildə Birmada ev dustağı olduğu zaman Nobel Sülh mükafatına layiq görülmüşdü, lakin mükafatı onun adından həyat yoldaşı və övladları almışdı.
Nobel mükafatı laureatı kimi mühazirə ilə şənbə günü Osloda çıxın edən Aung San Su Çi deyib ki, ev dsutağı olarkən o özünü dünyadan tamamilə təcrid olunmuş kimi hiss edib, lakin Nobel Sülh mükafatı onunla beynəlxalq icitmaiyyət arasında bir əlaqə yaradıb.
Aung San Su Çi 2010-cu ildə Birmada siyasi dəyişikliklər başladığı zaman ev dustaqlığından azad edilib.