2020-ci il Fiziologiya və Tibb üzrə Nobel mükafatları C Hepatiti virusunun müəyyənləşdirilməsindəki “seminal kəşflərinə” görə ABŞ-dan alimlər Harvi J. Alter və Çarls M. Raysa və Britaniya alimi Maykl Houtona verilib.
Hər üç alim "dünya miqyasında böyük bir qlobal sağlamlıq problemi olan, insanlarda qan yolu yoluxan serroz və qaraciyər xərçənginə səbəb olan hepatitlə mübarizəyə həlledici töhfə verib" - deyə, Nobel komitəısinin bəyanatında bildirilib.
Alimlər Hepatet C-nin müalicəsi və müalicəsinin yeni üsullarını tapıb.
Bəyanatda "C Hepatit virusunun kəşfi, Hepatit A və B viruslarının kəşfindən sonra xroniki hepatit hallarının səbəbini ortaya çıxardı və "qan testlərinə və milyonlarla insanın həyatını xilas edən yeni dərmanlar hazırlanmasını mümkün etdi" deyilib.
1935-ci ildə Nyu-Yorkda anadan olan Harvi Alter Roçester Universitetinin Tibb Fakültəsini bitirib. Alter uzun müddət ABŞ-ın Milli Səhiyyə İnstitutlarında baş tədqiqatçı kimi çalışıb.
Maykl Hoqton 1950-ci ildə Britaniyada anadan olub. Virusologiya üzrə doktorluq dərəcəsini London Kral Kollecində alıb. Hoqton hal-hazırda Kanadanın Alberta Universitetinin Virusologiya üzrə Mükəmməl Tədqiqat Kafedrasında çalışır.
1952-ci ildə Kaliforniyanın Sakramento şəhərində anadan olan Çarls Rays doktorluq dərəcəsini 1981-ci ildə Kaliforniya Texnologiya İnstitutunda alıb. Vaşinqton Universitetinin tibb fakültəsində tədqiqatçı və professor olaraq çalışıb. Ondan sonra Nyu-Yorkdakı Rokefeller Universitetində işləyib və 2001-ci ildən 2018-ci ilədək Hepatit C. Tədqiqat Mərkəzinin elmi və icraçı direktoru olub. Rays hələ də orada fəaliyyət göstərir.
Bu il Tibb üzrə Nobel Mükafatı 1901-ci ildən bəri bu kateqoriyada verilən 111-ci mükafatdır.