2021-ci ilin İqtisadiyyat üzrə Nobel Mükafatına üç amerikalı alim layiq görülüb

2021-cil il İqtisadiyyat üzrə Nobel mükafatına minimum əmək haqqı, immiqrasiya və təhsilin əmək bazarına təsirləri ilə bağlı araşdırmalarına və ənənəvi metodoloyalarda istifadəsi mümkün olmayan nəticələrin aradan qaldırılmaslna xidmət edən elmi çərçivə yaratdığına görə ABŞ-ın üç iqtisadçısı layıq görülüb.

Mükafatın yarısı Berklidəki Kaliforniya Universitetindən Kanadada doğulmuş David Karda, digər yarısı isə Massaçusets Texnologiya İnstitutundan Coşua Anqrist və Stanford Universitetindən 58 yaşlı Nideland əsilli Gido İmbens arasında bölünüb.

İsveç Kral Elmlər Akademiyası bu üçlüyün "iqtisadi elmlərdə empirik işi tamamilə dəyişdiyini" deyib.

"Kardın cəmiyyətin əsas suallarını cavablandırması, Anqrist və İmbensin metodoloji töhfələri təbii təcrübələrin zəngin bir məlumat mənbəyi olduğunu göstərdi. Onların araşdırmaları cəmiyyətə böyük fayda verəcək əsas suallara cavab vermək qabiliyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırdı" - deyə, İqtisadiyyat Elmləri Komitəsinin sədri Piter Fredrikson bildirib.

Kard minimum əmək haqqının artmasının təsirlərini ölçmək üçün apardığı araşdırmalarda Nyu Cersi və Pennsylvaniyanın şərqindəki restoranlardan istifadə edib. O və mərhum tədqiqatçı Alan Kruger minimum əmək haqqının artmasının daha az iş götürülməsinə səbəb olacağı fikrinə qarşı olaraq, ənənəvi minimum saatlıq əmək haqqının artmasının məşğulluğa təsir etmədiyini isbat edib.

Anqrist və İmbens mükafatın yarısını metodoloji probemlərin həllində iqtisadçılara elmi üsüllar barədə aradırmalar apara bilmədikləri hallarda belə səbəblər və nəticələr barədə fikir söyləmələrinə imkan yaratdığına görə əldə edib.

Filippinli Maria Ressa və rusiyalı Dmitri Muratov

Norveçin Nobel Komitəsi cümə günü iki jurnalist - rusiyalı Dmitri Muratovu və filippinli Maria Ressa-nı "demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorumaq səylərinə görə" Nobel Sülh Mükafatına layiq görüb.

Bu ilin Ədəbiyyat üzrə Nobel Mükafatı qaçqın təcrübəsini və müstəmləkəçiliyin Afrika mədəniyyətini necə formalaşdırdığını əks etdirən əsərlərinə görə tanzaniyalı yazıçı Əbdülrəzak Qurnaya təqdim olunub.

2021-ci ilin kimya üzrə Nobel Mükafatına Bencamin List və David Makmillan layiq görülüb. Mükafat asimmetrik orqanokatalizin inkişafına görə verilib.