Ədəbiyyat üzrə Nobel Mükafatını Cənubi koreyalı yazıçı Han Kan qazanıb

Cənubi koreyalı yazıçı Han Kan

"Cənubi koreyalı yazıçı Han Qanq 2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatına "tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ifşa edən zəngin, poetik nəsrinə" görə layiq görülüb", Nobel Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

İsveç Akademiyası Nobel Komitəsinin daimi katibi Mats Malm mükafatı Stokholmda elan edib.

53 yaşlı Han 2016-cı ildə bir qadının ət yeməyi dayandırmaq qərarının dağıdıcı nəticələrə səbəb olduğu narahatedici romanı "Vegetarian"a görə Beynəlxalq Buker Mükafatını qazanıb.

Onun "Human Acts" romanı 2018-ci ildə Beynəlxalq Buker Mükafatının finalçısı olub.

Ədəbiyyat üzrə mükafatı həm Avropa və Şimali Amerikanın ağır üslublu və yüngül hekayəli yazıçılarına həddən artıq diqqət yetirdiyinə görə uzun illər tənqidlərə məruz qalıb. Mükafatın təqdimatında kişilərə üstünlük verilməsi - indiyə qədər 119 laureat arasında yalnız 17 qadının olması da tənqidlərə səbəb olub. Qalib gələn sonuncu qadın 2022-ci ildə fransalı Anni Erno olub.

Altı gün davam edən Nobel Mükafatlarının təqdimatı bazar ertəsi tibb üzrə mükafatın amerikalılar Viktor Ambros və Geri Rovkuna təqdimatı ilə başlayıb. Con Hopfild və Ceffri Hinton fizika mükafatı çərşənbə axşamı qazanıb. Çərşənbə günü yeni zülalların şifrəsini açmaq və hətta dizayn etmək üçün güclü üsullar kəşf edən üç alim kimya üzrə Nobel mükafatına layiq görülüb.

Nobel Sülh Mükafatı cümə günü, iqtisadiyyat üzrə mükafat isə oktyabrın 14-də elan ediləcək.