Nizaməli Süleymanov: Narkoloji dispanserdə xəstələr tam müalicə kursu keçmir
Your browser doesn’t support HTML5
Müsavat Partiyasının fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanov 20 sutkalıq inzibati həbsdən sonra 6 ay narkoloji dispanserdə məcburi müalicə keçib. Süleymanovlar oktyabrın 27-də sərbəst buraxılıb. Nizaməli Süleymanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, o və qohumu heç zaman narkotik istifadəçisi olmayıb, məhkəməyə təqdim edilən ekspertiza rəyi saxta olub.