Vaşinqtonda "Nizami Gəncəvi: XII əsr Azərbaycan şairi" sərgisi [VİDEO]

Nizami Gəncəvinin əsərlərinin əlyazmaları və miniatürlərindən ibarət sərgi amerikalılara təqdim edilib
ABŞ-ın Qarabağ Fondu Vaşinqtonda “Nizami Gəncəvi:XII əsr Azərbaycan şairinin irsi” mövzusunda sərgi təşkil edib. Nizaminin əsərlərinin təxminən 50 orijinal əlyazması və miniatürlərinin nümayiş etdirildiyi sərgi Misirdə İsgəndəriyyə kitabxanası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə keçirilib. Nadir əlyazmalar dünyanın ən tanınmış kitabxanaları və muzeyləri tərəfindən təqdim edilib.

Tədbirdə iştirak edən İsgəndəriyyə kitabxanasının müdiri, “Nizami Gəncəvi:XII əsr Azərbaycan şairinin irsi” layihəsinin kuratoru doktor İsmayıl Serageldin toplaşanlara Nizaminin yaradıcılığı, onun dövrü və Nizami irsinin Yaxın Şərq ədəbiyyatına təsiri ilə bağlı məlumat verdi. Doktor Serageldin Nizami Gəncəvini bəşəri şair, dahi mütəfəkkir, böyük humanist adlandıraraq, onun irisinin islam ədəbiyyatına təsirlərini qeyd etdi və dahi şairin dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olduğunu dedi. Amerikanın səsinə müsahibədə doktor Serageldin Nizaminin irsinin öyrənilməsinin əhəmiyyətini vurğuladı.


Your browser doesn’t support HTML5

Nizami sərgisi Vaşinqtonda




“Nizami şərqdə poeziyanın inkişafı və epik ədəbiyyat tarixində bir dönüş yaratdı. Onun hər iki sahəyə verdiyi töhfələr orta əsrlərdən başlayaraq şərqdə müasir dövrə qədər söz ustalarına öz təsirini göstərmidşir. XX əsrin ən böyük şairlərindən biri olan Əhməd Şövqi “Leyli və Məcnun” poemasını bu yaradıcılıqdan ilham alaraq yazmışdır. Yeddi əsrdən artıq bir dövrü əhatə edən ədəbi mühitdə Nizami qələminin qüdrəti və onun təsiri hər zaman mövcud olmuşdur. Nizaminin dediklərini məncə Amerikada başa düşməlidirlər, çünki bu sözlər Linkolnun dediklərinə uyğundur. O, insanları dünyaya daha müsbət tərəfdən baxmağa çağırırdı. Özü də o bunları olduqca gözəl və yüksək poetik bir dildə deyirdi. Nizaminin ingilis dilində əsərlərinin yaxın zamanlarda Amerika oxucularına təqdim ediləcəyinə ümid edirəm.”

Qarabağ Fondunun həmtəsisçisi Adil Bağırov Nizami Gəncəvinin ədəbi irsinin qərb ictimaiyyəti tərəfindən başa düşülməsi və öyrənilməsi üçün səylərin artırlmasına ehtiyac olduğunu dedi. O, Qarabağ Fondunun bu məqsədlə səyyar sərgini Vaşinqtonda və Amerikanın bir sıra şəhərlərində nümayiş etdirməyi planlaşdırdığını dedi.

Qarabağ Fondunun direktoru Dayana Kohen Amerikada Nizami irsinin öyrənilməsi missiyası çərçivəsində fondun fəaliyyətlərinə toxundu.


“Qarabağ Fondu amerikalılara Azərbaycanın mədəniyyətinin tanıdılması missiyası çərçivəsində Nizami əsərlərini Amerika auditoriyasına təqdim etmək üçün bir sıra işlər görüb. Fondun dəstəyi ilə İpək Yolu ansamblının ifasında Nizaminin “Yeddi Gözəl” əsərinin video prezentasiyasını keçirib. Biz imkanlar axtarırıq və indi bu sərgi Nizamini amerikalılara tanıtmaq işində çox gözəl bir imkandır. Onun əsərləri ilə amerikalıları tanış etməyə çalışırıq. Bir amerikalı kimi mən özüm də Nizami yaradıcılığını öyrənmək istəyirəm. Amma təəssüf ki, onun əsərlərinin ingilis dilində tərcümələri çox azdır. Amerikalıların Nizami yaradıcılığı ilə tanışlığı yəqin ki müəyyən vaxt aparacaq. Biz Qarabağ fondu olaraq bu missiyanın yerinə yetirilməsi işinə görə məsuiyyət daşıyırıq. 2013-cü ildə fondun veb səhifəsində Azərbaycan şairlərinə həsr edilmiş onlayn sərgi təşkil edəcəyik. Bununla yanaşı Nizamişünaslıq sahəsində mütəxxəsilərlə əlaqə saxlayab, amerikalıların onun yaradıcılığı və irsi haqda məlumatlandırılması işini təşkil etməyə çalışacayıq.”

“Nizami Gəncəvi: XII əsr Azərbaycan şairi” əlyazmalar sərgisi Vaşinqtonda və ABŞ-ın müxtəlif şəhərlərində nümayiş etdiriləc