Nils Muyjnieks: Fransa prezidenti Bakıda fəalların azadlıq məsələsini qaldıracaq

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks aprelin 23-də AŞPA sessiyasında çıxışı zamanı Azərbaycanda vəziyyətə toxunub.

Deputatlardan birinin “Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində ölkə həbsxanalarında siyasi məhbuslar var və humanitar baxımdan bu məsələnin həlli üçün nə etmək lazımdır” sualının cavabında N.Muyjnieks ümidvar olduğunu bildirib ki, fəalların azadlığa buraxılması məsələsində “humanitar” aspektlər də nəzərə alınacaq.

Bu mənada o, ümidvar olduğunu bildirib ki, Fransa prezidenti Fransua Olland yaxın günlərdə Bakıya səfəri zamanı bu məsələni Azərbaycan rəhbərliyinin qarşısında qaldıracaq.

“Siz də öz ölkələrinizdə idmançılarınızın hansı ölkəyə getdiklərini onlara söyləyin”, komissar vurğulayıb və insan hüquqları probleminə məhəl qoyulmamasını yolverilməz sayıb.