Avqustun 9-u prezident Riçard Niksonun istefasından 40 il ötür. Buna səbəb respublikaçı seçki əməliyyatçılarının demokratların baş qərargahına dinləyici cihazların yerləşdirmək cəhdi olub. Qalmaqal iyun ayında demokratların Watergate ofisinə daxil olması ilə baş qaldırıb. Ölkə siyasətinə ciddi təsir göstərən hadisənin əks-sədaları indi də duyulmaqdadır.
1974-cü ilin avqust ayının 8-də prezident Nikson istefa verəcəyini bəyan etmişdi. “Mən heç vaxt təsviyyəçi olmamışam. Prezidentlik müddətim başa çatmazdan əvvəl ofisi tərk etmək vücudumun bütün instinkləri tərəfindən rədd edilir. Amma bir prezident kimi Amerikanın maraqlarına üstünlük verməliyəm.”
Az sonra yeni prezident Cerald Ford ilk dəfə ölkə prezidentin istefasının şahidi olduğunu deyib. “Amerikalı həmvətənlərim, kabus bitdi. Konstitusiyamız işləyir. Bizim qüdrətli ölkəmiz şəxslər deyil, qanunların dövlətidir. Bu, xalqın qanunlarıdır.”
Niksonun bir neçə yardımçısı cinayət və vəzifələrindən sui-istifadə ittihamları ilə həbs edilib. Ağ Ev Niksonun yardımçılarına Mərkəzi Kəşfiyyat İdarəsinə qalmaqalla bağlı istintaqa mane olmaq üçün yalan danışmaq göstərişi verdiyi səs yazılarını ictimiyyətə açıqlayıb.
Daha sonra prezident Fordun Niksona bəraət qazandırması onun 1976-cı il prezident seçkilərindəki məğlubiyyəti ilə nəticələnmişdi. Onun yerini demokrat Cimmi Karter tutmuşdu.
Amerika Universitetinin prezident tarixçisi Allan Liçtmanın dediyinə görə, Watergate hələ də əhəmiyyətini itirməyib. “Bu, demokratik prosesləri kölgə altına alan prezident və onun administrasiyasının çox böyük bir cəhdi idi.”
Watergate qalmaqalı iki dəfə gündəmə gətirilib. İlk dəfə bu haqda Washington Postun müxbiri Bob Vurvard söz açıb.
Qalamaqal seçkiqabağı kampaniyalar zamanı maliyyə sistemində islahatlara da səbəb olub. Lakin onların bəziləri Ali Məhkəmənin hökmü ilə qüvvədən salınıb.
Watergate son illər siyasətdə qütbləşmənin dərinləşməsnə də yol açıb. Siyasi təthlilçi Norman Ornşteynin dediyinə görə, parçalanma heç vaxt olmadığı qədər biruzə verməyə başlayıb. Parçalanma vətəndaş müharibəsindən bəri bu qədər aydın müşahidə edilmirdi.
Amerikalılar Watergate qalmaqalının bir aspektinə fərqli gözlə baxmağa başlayıb. 1974-cü ildə Fordun Niksonu əfv qərarının 59 faiz əlehdarı var idisə, 2002-ci ildə keçirilən rəy sorğusunda respondentlərin 59 faizi Fondun qərarını dəstəkləyib. Onlar bunu ölkənin ən ciddi siyasi qalmaqalından sonra birlik yaratmaq cəhdi kimi qiymətləndirib.