Nikol Kidman velosipedçi ilə toqquşub

Nikol Kidman Nyu-York şəhərində piyadaların yolu ilə getdiyi yerdə velosipedçi ona çırpıldıqdan sonra aktrisa yerə yıxılıb.

46 yaşlı aktrisa velosipedlə onun yanından ötərək şəklini çəkmək istəyən fotoqrafla toqquşduqdan sonra Manhattandakı Carlyle hotelinə geri dönüb.

Calvin Klien-a həsr edilmiş Nyu-York Moda həftəsində Oskar mükafatı laureatı məftunedici görünürdü.

Amma bəyaz donlu gözəl avstraliyalı ulduzun ayağı deyəsən hadisədən sonra bərk əzilib.

Yazıq qız ağrıdan ayaqqabısını da çıxarmalı olub. Aktrisa tək dikdabanda axsayaraq hotelə qayıdıb.

TMZ və Others-a istinadən aktrisa hadisədən hiddətlənib və hadisə ilə bağlı məhkəməyə müraciət etmək istəyir. Təəssüf ki, bu moda həftəsi Nikol üçün o qədər də uğurlu olmayıb.