Nikki Heyli: “ABŞ Əsədə kimyəvi silahdan istifadəyə imkan verməyəcək”

BŞ-ın BMT-dəki səfiri Nikki Heyli

Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriya ilə bağlı fövqəladə iclası keçirilir. Toplantı Rusiyanın təşəbbüsü ilə çağırılıb.

İclasda çıxış edən ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bəyan edib ki, Əsəd rejiminin vəhşilikləri haqqında sadəcə müzakirələrin vaxtı dünən bitdi. Səfir xatırlatdı ki, Rusiya Suriya rejiminin öz xalqına qarşı cinayətlərini, xüsusilə də kimyəvi silahdan istifadəni ört-basdır etdiyinə görə məsuliyyət daşıyır. Amerikalı diplomat əlavə etdi ki, buna artıq son qoyuldu.

Bununla bərabər, Heyli vurğuladı ki, Suriyadakı münaqişənin həll olunması ilə bağlı ABŞ-ın mövqeyi dəyişilməz olaraq qalır.

Cümə günü gecə saatlarında BMT-nin baş katibi Antoniu Quttereş sülh və təhlükəsizlik məsələlərin həllində BMT-nin nizamnaməsi və beynəlxalq hüquqa müvafiq addımlar atılmasına çağırış etdi.