Nigeriyada kollecə hücum edilib

Nigeriyanın şimalında silahlı şəxslərin kollecə hücumu nəticəsində 15 nəfər öldürülüb, onlarlarla insan yaralanıb.

Hücumçular qaçmaq istəyən tələbələrə atəş açıb və partlayış törədiblər. Hadisə zamanı 35 nəfər yaralanıb.

Polis sözçüsü bildirib ki, hücumçulardan ikisi hadisə yerində öldürülüb.

Regionun əsas şəhərlərindən olan Kanoda həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Ancaq şimalda sakinləri dəfələrlə hədəf alan Boko Haram qrupundan şübhələnilir.

Tərcümədə "Qərb təhsili qadağandır" demək olan Boko Haram Nigeriyada İslam dövləti qurmaq uğrunda mübarizə aparır.