Demokratiyanın Nigeriyada zəfəri [Təhlil]

Səsvermə Nigeriya tarixinin ən azad və şəffaf seçkisi kimi qiymətləndirilib

Çərşənbə günü Nigeriyanın yeni prezidenti seçildi - Muhammadu Buhari səsvermədən qalib çıxdı. Ancaq insalar əslində demokratiyanın qalib gəldiyini deyirlər, çünki ölkədə 1999-cu ildə hərbi idarəçiliyin sona qoyulmasından sonra ilk dəfə idi ki, hakimiyyət sülh yolu ilə dəyişildi.

Son nəticələr açıqlanmadan belə insanlar bayram etməyə başlamışdı.

İnsanlar bizim xalqa olan sevgilərini və demokratiyaya inamlarını sərgiləyiblər.

Bu, 16 ildir Nigeriya siyasətini inhisara alan Xalq Demokratik Partiyasının oyununun sonu oldu.

Prezident Qudlak Conatan məğlubiyyətini etiraf edərək, sülh çağırışı edib.

Cənab Buhari rəqibinin “siyasi şəxsiyyətini” alqışlayıb və nigeriyalıları təbrik edib. O, artıq tək-partiyalı idarənin bitdiyini deyib.

“İnsanlar bizim xalqa olan sevgilərini və demokratiyaya inamlarını sərgiləyiblər”.

Sabiq hərbi rəhbər və uzun zamandır prezidentliyə namizəd Buhari üçün atalar dörddən deyib.

Muhammadu Buhari

Prosedur ləngimələrinə, eləcə də məntəqələrdəki texniki problemlərə baxmayaraq səsvermə Nigeriya tarixinin ən azad və ən şəffaf seçkiləri kimi yüksək qiymətləndirilib.

Müxalifət 2013-cü ildə birləşərək Bütün Mütərəqqilərin Konqresini yaradıb. Partiya korrupsiyaya boğulmuş, tez-tez işıqları kəsilən və tənəzzülə doğru gedən neftdən asılı iqtisadiyatı olan ölkəni dəyişdirəcəyini vəd edib.

“O, ölkəni dəyişəcək. Biz buna əminik. Amma bu, vaxt alacaq, çünki ölkə tamamilə tənəzzül vəziyyətindədir. Ona görə də biz birdən-birə möcüzə baş verəcək deyə xəyallara dalmırıq”.

O, ölkəni dəyişəcək. Biz buna əminik. Amma bu, vaxt alacaq, çünki ölkə tamamilə tənəzzül vəziyyətindədir. Ona görə də biz birdən-birə möcüzə baş verəcək deyə xəyallara dalmırıq.

Cənab Buhari hakimiyyəti ələ almağa hazırlaşır, ölkənin şimal-şərqində isə Boko Haram qiyamı hiddətlə artır. Qiyam cənab Conatanın hakimiyyəti dövründə intensivləşib. Minlərlə insan öldürülüb. Milyondan çox insan isə didərgin düşüb. Ən çox zərər çəkən isə Borno ştatı olub. O ştatın səsvermə nəticələri ən son daxil olub.

Bu səsvermədə APC ölkənin şimalında üstünlük təşkil edib, cənub-qərbdə isə bir neçə vacib qalibiyyət əldə edib. Bu 2011-ci ildə PDP-nin əldə etdiyi qalibiyyətlərdən sonra böyük dəyişiklik olub.

Ölkənin şimalının ən böyük şəhəri Kanoda insanlar səhərədək bayram ediblər.

Küçələrdə bayram əhval ruhiyyəsi hiss olunurdu. İnsanlar rəqs edirdilər. Abucada isə insanlar şüarlar səsləndirib. Onlar Hausa dilində “ata, ata” şüarları səsləndiriblər. Bundan əlavə onlar nəticələri istədiklərini və Buharinin dörd il ərzində edəcəkləri ilə bağlı fikirlərini gələn seçkilərdə bildirəcəklərini deyiblər.