Nigar Yaqublunun "Ev dustaqlığı" vəsatəti təmin edilməyib

Nigar Yagublu

Bu gün Abşeron Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Məhkəmə zalına Nigar Yaqublunun özünü də gətirilib. Qapalı keçirilən prosesdə həbsin ev dustaqlığına dəyişdirilməsi vəsatəti təmin olunmayıb. Vəsatəti Nigar Yaqublunun vəkilləri qaldırmışdı.


Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.