Azərbaycanın keçmiş naziri həbs edilib

Milli Təhlükəsizlik Nazirliyinin binası

Nicat Quliyevin qanunsuz silah saxlamaqda günahlandırıldığı bildirilir
Yerli medianın məlumatına görə, keçmiş iqtisadi əlaqələr naziri Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib.

Haqqın.az saytının məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, keçmiş nazirin Novxanıdakı bağ evindən "Kalaşnikov" avtomatları və qumbaralar tapılıb. MTN əməkdaşları sabiq nazirin şəxsi maşınından tapança da götürüblər. Bu qədər silah-sursatın Nicat Quliyevin əlinə haradan keçdiyi məlum deyil.

Artıq Abşeron rayon məhkəməsində Nicat Quliyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, qanunsuz silah saxlamaqda ittiham olunur. Məlumatı sabiq nazirin vəkili Elton Quliyev verib.

Nicat Quliyev MTN-in təcridxanasında saxlanılır.

Rəsmi qurumlar indiyədək keçmiş nazirin həbsinin səbəbi ilə bağlı rəsmi məlumat yaymayıb.