İngiltərə Parlamenti yay tətilindən vaxtından əvvəl çağırılıb (Yenilənib)

  • Nərminə Cəlalqızı

İngiltərə Parlamenti yay tətilindən vaxtından əvvəl çağırılıb (Yenilənib)

Londonda maşınında güllə ilə vurularaq yaralanan şəxs ölüb. Britaniya baş naziri Devid Kameron artıq üç gündür Londonda və ölkənin digər bölgələrində baş qaldıran iğtişaşların qarşısının alınması üçün yay tənəffüsündə olan Parlamentin fövqəladə iclasına çağırıb. İtaliyada dincələn cənab Kameron ölkənin bəzi guşələrində cərəyan edən zorakılıqlar üzündən tətilini yarımçıq qoyaraq Londona qayıdıb. Artıq üç gündür ki, Londonun bəzi məhəllələrində binalar, maşınlar və avtobuslar yandırılır, polislə gənclər arasında qarşıdurmalar baş verir. Bütün baş verənləri baş nazir ürəkbulandırıcı adlandırmışdır.

Devid Kameron Londonda fəaliyyət göstərən 6000 polisin sayının bu gündən etibarən 16 minə qaldırılacağını deyib. Eləcə də İngiltərə və Hollandiya arasında sabahkı futbol matçı təxirə salınıb.

.