Keçmiş NFL oyunçusu özünü öldürüb

Milli Futbol Liqasının keçmiş (NFL) ulduzu Aaron Hernandez ABŞ-ın Massaçusets ştatında həbsxana kamerasında ölü tapılıb.

Dövlət orqanları rəsmiləri deyir ki, New England Patriots komandasının keçmiş oyunçusu 27 yaşlı Hernandez özünü mələfə ilə kameranın pəncərəsindən asıb.

“Cənab Hernandez qapının arxasına müxtəlif əşyalar yerləşdirərək, qapının açılmasının qarşısını almağa çalışıb,” deyə Massaçusetts İslah Koloniyasının rəsmisi Kristofer Fallon bildirib.

O, Hernandezin həbsxanaya çatdırıldığını və orda ölü elan edildiyini deyib.

Hernandez 2013-c ildə baş verən qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum olunmuşdu.

Ötən cümə isə 2012-ci ildə baş verən iki qətlədən bəratə qazanıb.

Hernandez 2010-cu ildən 2012-ci illər ilədək NFL-də oynayıb.