Bidzina İvanişvili – siyasi portret

56 yaşlı milyarder biznesmen İvanişvili Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır

Gürcüstan müxalifətinin lideri Bidzina İvanişvili ölkədə bir zəngin iş adamı və prezident Mixail Saakaşvilinin ictimai fikir ayrılıqlarına görə təqiblər və 2008-ci ildə Rusiya ilə müharibəyə qədər tərəfdarı kimi tanınır.

“Gürcüstan Arzusu” koalisiyasına rəhbərlik edən İvanişvili Gürcüstanın baş naziri ola bilər. Bu mövqedə o, gələn il prezidentik müddəti başa çatacaq cənab Saakaşvilidən daha artıq səlahiyyətlərə malik olacaq. Gürcüstan konstitusiyasına görə, prezidentin bəzi səlahiyyətləri baş nazirə verilir.

Müxalifət lideri prezident Saakaşvili kimi Gürcüstanın NATO-ya və Avropa İttifaqına üzvülüyünü dəstəkləyir, amma eyni zamanda Rusiya ilə də münasibətlərin düzəlməsini istəyir.

56 yaşlı Bidzina İvanişvili Forbes jurnalının dünyanın ən zəngin adamlarının siyasında göstərilib. Onun varidatı 6,4 milyard dollar dəyərində göstərilir. İvanişvilinin ekzotik heyvanlar və incəsənət əsərləri kolleksiyalaşdırıldığı məlumdur. O, Gürcüstanda boya-başa çatdığı yoxsul regionda bərpa işlərini maliyyəşdirib. Cənab Saakaşvili ilə münasibətlərin gərginləşməsinə qədər İvanişvili Gürcüstan ordusunun əsgərlərinin təchiz edilməsi üçün vəsait ayırıb.

Bidzina İvanişvili Rusiyada biz sıra sahələrdə biznes aparmaqla zəngin olub. Prezident Saakaşvili onu Moskva və Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrinə görə tənqid edib. Siyasi mübarizəyə qoşulan zaman o, Rusiyada bütün biznes şirkətlərini satıb. İvanişvili cənab Saakaşvili və cənab Putin arasında soyuq münasibətlərdən fərqli olaraq onun Rusiya ilə yaxın münasibətlərindən Gürcüstanın diplomatik və iqtisadi cəhətdən yalnız bəhrələnəcəyini deyir.