Nyu Yorkun Battery Parkı
Your browser doesn’t support HTML5
Manhattanın ən cənub nöqtəsində yerləşən Battery Park səs-küylü Nyu Yorkun ən sakit məkanlarından biri kimi tanınır. Yaşıllığı ilə göz oxşayan parkda insanlar sadəcə skamyalarda oturub istirahət edə, yaxud da əsgərləri, səyyahları, ixtiraçıları və mühacirləri şərəfləndirən müxtəlif abidələri ziyarət edə bilərlər.