Rövşən Çingiz oğlu Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.
Bununla bağlı ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Rövşən Nəcəf əvvəlcə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsindən azad edilib, sonra da müvafiq sərəncamla rəhbər təyin olunub.
Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib.
2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.
Peşə karyerasında o, 3-cü dərəcəli dövlət müşaviri, İqtisadiyyat nazirinin müavini (2020–2021), İqtisadiyyat nazirinin birinci müavini (2020–2021) vəzifələrində çalışıb.
Rövşən Nəcəf iqtisadiyyat üzrə fəlsəfə doktorudur.