ABŞ senatoru Bob Menendez və həyat yoldaşı rüşvət almaqda ittiham olunur

Nyu-Cersidən olan ABŞ senatoru Bob Menendez və onun həyat yoldaşı Demokrat senatorun Misirin avtoritar hökumətinin xeyrinə xarici siyasətdəki nüfuzundan istifadə etmək kimi bir sıra korrupsiya əməlləri müqabilində pul, qızıl külçələr və lüks avtomobil qismində rüşvət almaqda ittiham olunublar.

69 yaşlı demokrata qarşı ittihamları irəli sürən prokurorlar bildirib ki, cütlüyün evində aparılan axtarış zamanı 100 min dollar qızıl külçə və 480 min dollar dəyərində gizli nağd pul tapılıb.

Cümə günü federal prokurorlar Menendezə qarşı ittihamları ona qarşı əvvəlki cinayət işi münsiflər heyətinin qərar verməkdə dalana dirənməsi ilə başa çatdıqdan təxminən altı il sonra elan ediblər. Son ittiham aktının Menendezin Florida həkimi adından hökumət rəsmilərinə təzyiq göstərmək üçün dəbdəbəli hədiyyələr qəbul etməsi ilə əlaqədar əvvəlki ittihamlarla heç bir əlaqəsi yoxdur.

Senatın Tarix İdarəsi bildirir ki, belə görünür Menendez ABŞ tarixində bir-biri ilə əlaqəsi olmayan iki cinayət iddiasına görə ittiham olunan ilk vəzifəsinin icra edən senator olacaq. Menendez Demokratlar Senatda cüzi fərqlə çoxluq təşkil etdiyi bir vaxt, Vaşinqtondakı otuz illik karyerasını uzatmaq üçün gələn il yenidən seçilməyi hədəfləyir.

Menendezin həyat yoldaşının vəkili ittihamla bağlı şərh istəklərini cavabsız qoyub. Menendezin Senatdakı sözçüsünə və onun siyasi məsləhətçisinə də mesajlar göndərilib.

Menendesə ilk dəfə ittiham irəli sürüldüyü zaman o, siyasi nüfuzundan istifadə edərək ona hədiyyələr verən və kampaniyasına ianələr edən Floridalı bir göz həkiminə kömək etməkdə günahlandırılmışdı.

Yeni ittihamlar, digər məsələlərlə yanaşı, Misir hökumətindən həmin ölkəyə gətirilən ətin İslam qaydalarının tələblərinə cavab verdiyini təsdiqləmək üçün yeganə icazə almış Menendezin arvadının dostu olan Nyu Cersili bir iş adamının sövdələşmələri ilə bağlı illərlə davam edən araşdırmadan sonraya təsadüf edir. Müstəntiqlər həmçinin Menendez ailəsinin Nyu Cersi ştatından olan bir inşaatçı ilə qarşılıqlı əlaqəsi haqqında da suallar veriblər.