2018-ci ilin iyunun 7-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsi Ağstafa rayonunun Sadıxlı kəndi (Bakıdan 442 kilometr qərb) yaxınlığında “Qarayazı” dövlət meşə qoruğunda ümumi çəkisi 940 kiloqram olan 4159 ədəd yabanı halda bitmiş çətənə kolunu aşkar edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq yandırılma yolu ilə məhv edilib.