Nelson Mandelanın sağlıq durumu stabil olaraq qalır

Cənubi Afrika prezidentinin idarəsi keçmiş prezident Nelson Mandelanın ağ ciyər infeksiyasından müalicə olunmaq üçün iki ay bundan əvvəl Pretoriyada xəstəxanaya yerləşdirilməsindən sonra durumunun yaxşılaşdığını bildirib.

Prezident Ceykob Zumanın idarəsinin açıqladığı bəyanatda deyilir ki, 95 yaşlı Nelson Mandelanın durumu ciddi olaraq qalır, lakin onun səhhətində yavaş da olsa, yaxşılaşma müşahidə olunur. Cənubi Afrikanın demokratik seçilmiş ilk qara dərili prezidenti olan Nelson Mandelanın kiçik qızı atasının suyu boru vasitəsilə özünün müstəqil içə bildiyini deyib. Cənab mandela 1994-cü ildə Cənubi Afrikada apartheid sisteminin sonuna gətirib çıxarmış prezident seçkisində qələbə əldə edənə qədər ömrünün 27 ilini həbsdə keçirmişdir.

Cənubi Afrika hökuməti Mandelanın səhhəti ilə bağlı yalnız bəzi detalları açıqlayaraq, bunu özəl həyatın təfərrüatları ilə bağlı narahatlıqlarla əlaqədar olduğunu bildirib.

Cənubi Afrikada bir çoxları Nelson Mandelanı millətin atası hesab edərək, onun tez sağalması üçün dua edir.