Neftlə zəngin ölkənin korrupsiya ilə mübarizəsi üçün 3.7 milyard dollar ayrılıb

Angola prezidenti Juan Lorensu

Beynəlxalq Valyuta Fondu bildirir ki, təşkilat Anqolaya 3 illik müddətə ayrılan 3.7 milyard dollar həcmində krediti təsdiq edib. Bu vəsait yeni prezidentin keçən il vəzifəyə gəlməsindən sonra ölkə iqtisadiyyatının diversifikasiyası və korrupsiya ilə mübarizə səyləri üçün nəzərdə tutulub.

BVF-nin cümə günü verdiyi məlumata görə, kreditlər cənubi Afrika ölkəsinə dövlətin nəzarətində olan müəssisələrin restrukturizasiyası və iqtisadi idarəetmənin yaxşılaşdırılması üçün ehtiyac duyulan addımların atılmasına yardım edəcək.

Anqola sabiq prezident Joze Eduardo Duş Santoşun hakimiyyəti dövründə neft ixracı səbəbilə sürəti iqtisadi inkişaf müşahidə edib. Lakin yoxsulluq və tanışlıq üzərində qurulmuş cəmiyyət münasibətləri hələ də mövcuddur. Neftin qiymətinin aşağı düşməsi Anqola iqtisadiyyatını böhrana sürüklədi və ölkənin tam olaraq neftdən asılı olduğunu nümayiş etdirdi.

Ölkənin yeni prezidenti Juan Lorensu əvvəlki prezidentlə məsafə saxlayaraq, korrupsiya ilə mübarizə aparacağına və hökumət tənqidçiləri ilə görüşəcəyi vədi verib.