Neftin qiyməti düşüb, sonra qalxıb

Your browser doesn’t support HTML5

Çərşənbə axşamı Səudiyyə Ərəbistanı istehlakçıların tələbatını qarşılayacağını vəd edəndən sonra neftin qiyməti son iki ayın ən aşağı səviyyəsinə düşüb, lakin daha sonra diqqət ABŞ-ın neft ixracatçısı olan İrana qarşı gözlənilən sanksiyalarına yönəldiyi üçün neftin qiyməti çərşənbə günü barelinə 77 dollara qalxıb. Lakin zəif tələbatla bağlı narahatlıqlar hələ də mövcuddur.