Neftçi ilk sınaq oyununda Metallurqa 3-0 hesabı ilə qalib gəldi

Neftçi ilk sınaq oyununda Metallurqa 3-0 hesabı ilə qalib gəldi

Azərbaycanın futbol üzrə çempionu "Neftçi" mövsümlərarası fasilədə ilk yoldaşlıq oyununu keçirib. Türkiyədə təlim-məşq toplanışında olan klub Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə qarşılaşıb.
Neftçi ilk sınaq matçında böyük hesablı qələbə qazanıb - 3:0. Hesabı 5-ci dəqiqədə Rəşad Abdullayev açıb. O, cərimə zərbəsindən topu birbaşa qapıya göndərib. 21-ci dəqiqədə Flavinyo dəqiq zərbə ilə fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə 65-ci dəqiqədə Denis Silva qoyub.
Qeyd edək ki, bu Zaqreb "Dinamo"su ilə oyun öncəsi "Neftçi" üçün ilk sınaq matçı olub. Paytaxt klubu bununla Türkiyə toplanışını başa vurub və sabah Azərbaycana dönəcək.
"Neftçi"nin bugünkü rəqibi Ukrayna çempionatının güclülər dəstəsini tərk edib. Başa çatan mövsümdə 24 xal toplayan "Metallurq" sonuncu pilləni tutub və I diviziona yuvarlanıb.