"Neft ölkəsində sahibkarlar hazırki vəziyyətə düşməməli idi"
Your browser doesn’t support HTML5
Aygün Həsənli sahibkardır. Onun gözəllik salonu iki ildir fəaliyyət göstərir. O deyir ki, bu iki illik fəaliyyətlərində birinci dəfədir ki, belə krizislə üzləşirlər. Koronavirusla əlaqədar gözəllik salonlarının bağlanması onun biznəsinə də təsirsiz ötüşməyib. Aygün Həsənli deyir ki, gözəllik salonlarının fəaliyyəti bərpa olunandan sonra buna seviniblər. Lakin bu sevinc çox çəkməyib. Çünki salon fəaliyyət göstərərkən onların daha çox xərci çıxır və işlərin zəif getməsi onlara ziyan vurur.