Neft qiymətləri "təslim" nöqtəsinə yaxınlaşır?

Xam neft qiymətlərinin ötən həftə kəskin ucuzlaşmasının ardınca Goldman Sachs təhlilçiləri neft qiymətlərinin “təslim” nöqtəsinə yaxınlaşdığını deyirlər.

Goldman əmtəə strateqləri bildirir ki, "Brent" markalı xam neftin barreli $50 dollara çatacağı haqda verilən proqnozlar təhlükə altındadır. Belə ki, neft qiymətlərinə olan təzyiq artmaqda davam edir.

Uzun dönəmli neft qiymətlərində sürətli ucuzlaşma bizim qiymətlərin barreli 50 dollara çatacağına dair əvvəlki proqnozlarımızı risk qarşısında qoyur.
Damien Courvalin və Jeff Currie, Goldman Sachs

Goldman öz təhlilində neftin qısa dönəmli qiymətləri ilə uzaq dönəmli perspektivni müqayisə edib. Belə ki, neftin gələcək qiymətlərinin qalacağını güman edən investorlar çox vaxt onu anbarlarda saxlamağa üstünlük verirlər. Gözləntilər bunun əksi olduqda isə bazar daha çox neftlə dolmağa başlayır.

Neft qiymətləri Neft İxrac Edən Ölkələrin Təşkilatı – OPEC-in 29 noyabrda gündəlik hasilatı 1.2 milyon barrel azaltmasından sonra ən aşağı nöqtəsinə düşüb.

Çoxları neft qiymətlərin kəskin ucuzlaşmasında ABŞ şist neft hasilatının artımını əsas səbəb kimi görür. Son aylarda Amerikada neft hasilatının iri həcmdə artması OPEC-in qlobal neft bazarında təlabatı artırmağa yönəlik asəylərini puça çıxarmaqdadır.

İllər boyu OPEC ölkələri neft qiymətlərinin yüksək qalmasından bəhrələnib və qiymətlərin kəskin ucuzlaşmasının qarşısını almaq üçün müxtəlif ölçülərə əl atıb.

Təhlilçilər əmtəə bazarında səhmlərinin sürətlə satılması ilə müşayiət olunan mis və dəmir qiymətlərinin ucuzlaşmasını da təsiredici amil kimi qiymətləndirirlər.

Maliyyə ekspertləri arasında "kapitulyasiya" - yəni "təslim" investorların itirilmiş səhm dəyərlərini geri qaytarmaqdan vaz keçdikləri məqama deyilir. İnvestorlar qiymətlərin qalxacağına ümidlərini itirəndə, əmtəənin kapitulyasiya nöqtəsinə çatdığı müəyyən edilir.