İndoneziyada sərnişin gəmisi yanıb

İndoneziyada sərnişin gəmisi yanıb

İndoneziya rəsmiləri Cava adası yaxınlığında sərnişin gəmisinin alovlandığını və nəticədə 11 adamın həlak olduğunu xəbər verir. Nəqliyyat nazirliyinin rəsmiləri yanğının bu gün erkən baş verdiyini deyib. Gəmi Cava adasındakı Merak limanından qonşu Sumatra adasına səmt götürmüşdü. Nazirlyinin sözçüsü Associated Press-ə bildirib ki, yerdə qalan 427 sərnişin salamat şəkildə gəmidən evakuasiya edilib. Sözçü kiminsə itkin düşməsi barədə məlumatın olmadığını deyir. Yanğının səbəbləri hələlik aydın deyil. Polis təhqiqat aparır.