Bu gün xilas edici qruplar yüzlərlə kilometr məsafədə sunami qurbanlarına yardım çatdırmaq üçün mubarizə apardıqları bir vaxt, İndoneziya qoşunları ölkənin ən təhlükəli vulkanı yerləşən enişdən kəndliləri zorla evakuasiya etmək üçün göndərib. Əsgərlər Mount Marapi vulkanı növbəti dəfə püskürəndən sonra göndərilmişdir. Onlar Yoqyakaratada azı bir məktəbin və hava limanını müvəqqəti olaraq bağlayıblar. İndoneziyanın Qırmızı Xaç təşkilatı bildirib ki, cümə axşamından başlamış vulkan püskürməsi azı 36 nəfərin həyatına son qoyub. Qərbə doğru yüzlərlə kilometr təlatümlü dəniz görüntünü məhdudlaşdırıb və qayıq çatışmazlığı ucqar Mentavai adalarında bir neçə gün əvvəl zəlzələ və sunamidən zərər çəkən fəlakət zonalarına yardım çatdırılmasını ləngidir.
Əsgərlər Mount Marapi vulkanı növbəti dəfə püskürəndən sonra göndərilmişdir