NBA komandasının sahibi irqçiliyə görə cəzalandırılıb

Los Angeles Clippers basketbol komandasının sahibi qaradərili insanlar haqda irqçi fikirlər səsləndirdiyi audiosu yayıldıqdan sonra həmişəlik liqadan çıxarılıb.

Mətbuat konfransında Donald Sterlinq haqda qərarı Milli Basketbol Assosiasiyasının müvəkkili Adam Silver açıqlayıb.

Assosiasiyanın xüsusi məsləhətçisi sabiq NBA oyunçusu Kevin Conson münaqişə ilə bağlı Adam Silverin qısa vaxtda qərar verməsini alqışlayıb.

Silver mətbuat konfransında Donald Sterlinqin dediklərini təhqiredici və alçaldıcı adlandırıb.

Sözügedən audio yazıda kişi səsi qadından qaradərili insanların şəkilini İnstiqram sosial şəbəkəsində yayımlamamasını və qaradərililərin basketbol oyunlarına gətirməməsini tələb edir.

80 yaşlı Sterlinqin irqçiliklə bağlı keçmişdə də insidentləri olub. Sterlinq Los Anclesdə yerləşən mülklərinin latın və qaradərili insanlara kirayə verməməsinə görə 2009-cu ildə 2725 milyon dollar icərimə ödəmişdi.