Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) əməkdaşı Nazim Cəfərsoy İran-Qərb razılaşmasının İran-Azərbaycan münasibətlərinə təsir buraxacağını və Azərbaycan Respublikasına müxtəlif istiqamətlərdə həm risk, həm fürsət gətirəcəyini söyləyir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) əməkdaşı Amerikanın Səsi ilə söhbətdə İran-Azərbaycan münasibətlərinin nüvə razılığından sonra təhlükəsizlik, siyasi və iqtisadi istiqamətlərdə necə inkişaf edəcəyini təhlil etməklə yanaşı, razılaşmanın İran Azərbaycanında insan haqları durumuna buraxacağı təsir haqda da öz düşüncələrini paylaşıb.
Your browser doesn’t support HTML5
“İran-Qərb razılaşmasının Azərbaycana müxtəlif istiqamətlərdə həm mənfi, həm də müsbət və ya həm fürsət, həm risk istiqamətlərinin olduğunu düşünürəm. Bunu da mən üç baxımdan qiymətləndirirəm. İran-Qərb razılaşmasının İran-Azərbaycan münasibətlərinə təsiri baxımında baxımından üç əsas strateji sahədə müxtəlif fürsətlər və risklər var,” deyə Nazim Cəfərsoy məsələnin təhlükəsizlik, siyasi və iqtisadi cəhətlərini misallarla izah edir.
Razılaşma İran dönüşdürülməsində, islah edilməsində yumuşaq güc amilinin təsirini gücləndirir. Bu da insan hüquqları məsələsi çərçivəsində Qərbdə İranda vəziyəti daha da aktuallaşdıracaq. Bunun sonunda Qərbdə güney Azərbaycan məsələsinə həssasiyyətin artmasını gözləmək olar.Nazim Cəfərsoy
O, razılaşmanın təhlükəsizlik istiqamətində ortaya çıxaracağı nəticələri dəyərləndirərkən İran və Qərb arasında müharibə ehtimalının aradan qalxmasına diqqət çəkir:
“Bölgədə Azərbaycanın qonşusu olan İranda müharibə təhlükəsinin aradan qalxması müsbət cəhətdir. Çünki, belə bir müharibənin baş verməsi nəticəsində onun ortaya çıxaracağı siyasi, iqtisadi, hərbi və bəşəri problemlərin ən əsas zərbələrindən biri, bəlkə də ən əhəmiyyətlisi Azerbaycana vurulacaq.”
Ekspertin dediklərinə əsasən, güclü dövlətlərin İran üzərindəki təzyiqlərinin azalması Azərbaycan Respublikasının təhlükəsizliyinə mənfi təsirlər də buraxa bilər:
“İran-Qərb arasında razılaşma Qərbin İran üzərindəki təzyiqinin ya azalması, ya da aradan qalxması mənasını daşıyır. Bu da İranın Azərbaycanda öz təhlükəsizliyi istiqamətindəki fəaliyyətlərinin gücləndirməsi deməkdir”.
QAFSAM əməkdaşının sözlərinə görə, “razılaşma nəticəsində xarici ölkələrlə münasibətlərində tarazlıq siyasəti güdən Azərbaycan Respublikası daha geniş manevr imkanı qazanacaq. Bu, işin müsbət tərəfidir... Amma, bunun mənfi tərəfi yəni risk tərəfi də var. Belə ki, rahatlamış bir İran Qafqazda daha fəal olacaq və Azərbaycan üzərində geo-siyasi təzyiqlərini gücləndirməyə çalışacaq.”
Razılaşma nəticəsində xarici ölkələrlə münasibətlərində tarazlıq siyasəti güdən Azərbaycan Respublikası daha geniş manevr imkanı qazanacaq. Bu işin müsbət tərəfidir... Amma, bunun mənfi tərəfi yəni risk tərəfi də var. Belə ki, rahatlamış bir İran Qafqazda daha fəal olacaq və Azərbaycan üzərində geo-siyasi təzyiqlərini gücləndirməyə çalışacaq.Nazim Cəfərsoy
Cəfərsoy həmçinin deyir ki, İranla razılaşan Qərbin Azərbayacana ehtiyacında bir azalma gündəmə gələr. Bu da Qərbin rəsmi Bakıya təzyiq imkanlarını müəyyən mənada gücləndirəcəkdir.
İran-Qərb razılaşmasının İran Azərbaycanında insan haqları durumu üzərində buraxacağı təsirə diqqət çəkən ekspert Qərbdə Güney məsələsinə həssaslığın artacağını proqnozlaşdırır:
“Razılaşma İran yola gətirmək üçün yumşaq güc amilinin təsirini artırır. Bu da insan hüquqları məsələsi çərçivəsində Qərbdə İranda vəziyəti daha da aktuallaşdıracaq. Bunun sonunda Qərbdə Güney məsələsinə həssaslığın artmasını gözləmək olar. Xusüsən nəzərə almaq lazımdır ki, bu razılaşmadan həm Yəhudi lobbisi, həm Ərəb lobbisi çox ciddi şəkildə narahatdır”.