"Yeni Dövrün Qəhrəmanı" - Navalnının Sankt-Peterburqun mərkəzindəki qraffitisinin aqibəti

Aprelin 28-də gecə Sankt-Peterburqun tam mərkəzində, Puşkarski Bağında, müxalif siyasətçi Aleksey Navalnı və "Yeni Dövrün Qəhrəmanı" yazısı olan qraffitı peyda olub.

Qraffiti üçün Navalnının fevralın 2-də məhkəmə iclasında hökm elan olunarkən həyat yoldaşı Yuliaya əli ilə ürək formasını göstərməsi seçilib.

Qraffitinin müəllifi məlum deyil.

Navalnının qraffitisinin fotosu səhər sosial mediada göründükdən sonra polis Moskva vaxtı ilə səhər 9-da əraziyə gəlib. Daha sonra oraya istintaq-əməliyyat qrupu gəlib, onlardan biri divardan boya nümunələrini götürüb. Yarım saatdan sonra hadisə yerinə kommunal xidmətlər gəlib.

Qraffiti Moskva vaxtı ilə 10:30-da sarı rənglə boyanıb.

Boyanmazdan öncə qraffiti belə olub:

Rusiyada aprelin 21-də Aleksey Navalnını dəstəkləyən etirazlardan bir həftə sonra polis 23 şəhərdə ən az 115 nəfəri nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ən azı beş jurnalist ilə görüşüb.

Müxalif siyasətçi Aleksey Navalnı fevral ayından bu yana Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı cəzaçəkmə müəssisəsindədir.

Aprelin 21-də bütün Rusiyada, hazırda ağır rejimli cəzaçəkmə müəssisəsində olan Aleksey Navalnının tərəfdarları onu dəstəkləyən mitinqlər keçirib. Rusiya daxilində 1917 nəfər nəzarətə alınıb. Bir çox etirazçı həbs olunduqdan sonra polis bölmələrində döyülməyə davam edib.

Aprelin 26-da Moskva prokurorluğu Aleksey Navalnının ekstremist təşkilatlar kimi tanıdığı məhkəmə qərarı çıxana qədər onun qərargahının fəaliyyətini dayandırıb.

Aprelin 27-də Moskva Şəhər Məhkəməsi FBK-nın (Korrupsiyaya Qarşı Mübarizə Fondu) işini məhdudlaşdırıb. Lakin "Qadağalar siyahısı" açıqlanmayıb.