Navalnı Rusiyada prezident seçkilərini boykot etməyə və etirazlara çağırır

Rusiyada müxalifət lideri Aleksey Navalnı ölkədə qarşıdan gələn seçkilərin boykot edilməsinə dəstək məqsədilə yanvarın 28-də Rusiyanın şəhələrində etiraz aksiyalarına çağırıb.

Navalnı etiraz aksiyalarına çağırışı çərşənbə günü, prezident Vladimir Putinin yenidən seçilmək üçün rəsmən qeydiyyatdan keçdiyi gün edib.

Rəy sorğuları Putinin yeni altı il müddətinə seçilmək üçün martın 18-də keçiriləcək seçkilərdə asanlıqlan qələbə çala biləcəyini göstərir.

Navalnın seçkilərdə iştirakı onun özünün siyasi motivli adlandırdığı məhkumluqla əlaqədar qadağan edilib. O, 17 il ərzində Rusiyanın ya prezidenti, ya da baş naziri olmuş Putinin hakimiyyətdə uzun müddət qaldığını bildirir. Navalnı deyir ki, Putinin populyarlığının əsas səbəbi qərəzli dövlət mediası və legitim opponentləri istisna edən seçki sistemi ilə əlaqədardır.

Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş zabiti olmuş Putin müstəqil namizəd kimi seçkilərə qatılır. Müşahidəçilər bununla onun partiyanın siyasi fiquru deyil, xalqın lideri kimi bir imicinin yaranmış olduğuna inanır.

Müttəfiqləri Suriya və Ukraynaya müdaxilə vasitəsilə Rusiyanın qlobal lider kimi mövqeyini gücləndirdiyinə görə Putindən razılıqlarını bildirir.