Navalnı həbsdən azad edilib

Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnı sanksiyalaşdırılmamış miqintə çağırışla əlaqədar 20 gün saxlandıqdan sonra təcridxanadan azad edilib.

Navalnı sentyabrın 29-də rəsmi icazə verilmədən keçirilməsi nəzərdə tutulmuş mitinqdə iştirak etmək üçün Nijni Novqorod şəhərinə gedərkən saxlanmışdı. Lakin məhkəmə onun prezident Vladimir Putinin doğma şəhəri olan Sank Peterburqda sanksiyalaşdırılmamış daha bir miqintə çağırışla əlaqədar saxlanması haqda qərar çıxarmışdı.

Gələn il mart ayında prezident seçkisində Putinlə rəqabət aparmağı planlaşdıran Navalnı mitinqlərlə əlaqədar dəfələrlə saxlanılıb. Bazar günü təcridxanadan azad edildikdən sonra o, Həştərxan şəhərində axşam mitinqə qatıla biləcəyinə ümid etdiyini bildirib.

Korrupsiya əleyhinə kampaniya aparan Navalnı bu il artıq iki dəfə ölkə boyu miqyasına görə Kremli narahat edən mitinqlərin keçirilməsinə çağırıb.