Hazırda Azərbaycan İPAP-ın 2012-2013-cü illəri əhatə edən üçüncü mərhələsindədir
Brüsseldə NATO-nun mənzil-qərargahında 2012-ci il üçün Azərbaycanın İPAP-da (Fərdi Tərəfdaşlıq Əməliyyat Planı) iştirakı üzrə qiymətləndirmə sənədi müzakirə olunub.
Azərbaycanın NATO-dakı nümayəndəliyinin məlumatında deyilir ki, “28+1” formatında aparılan müzakirələrdə Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.
Görüşdə Azərbaycanın təşkilatın gündəliyindəki məsələlərin – təhlükəsizlik, Əfqanıstanda təhlükəsizliyə dəstək əməliyyatları (İSAF) və s. məsələlərin həllinə verdiyi töhfə qeyd olunub.
Həmçinin Azərbaycanın təhlükəsizlik sektorunda islahatlar, NATO qüvvələri ilə əməliyyat uyğunluğu, regional təhlükəsizlik, o cümlədən Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunub.
Azərbaycan və NATO arasında bu məsləhətləşmələr ildə bir dəfə keçirilir. Hazırda Azərbaycan İPAP-ın 2012-2013-cü illəri əhatə edən üçüncü mərhələsindədir.