Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri Knut Bartelsin dəvəti ilə alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə
NATO-nun "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstandakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri mövzuları ətrafında müzakirərələr aparılacaq.