Bakıda NATO Parlament Assambleyasının 86-cı “Rose-Routh” seminarı keçirilir
Iyunun 16-da NATO Parlament Assambleyasının “Rose Routh” seminarının səhər iclasında Qarabağ mövzusu azərbaycanlı və erməni deputatlar arasında mübahisəyə səbəb olub.
Turan Agentliyinin məlumatına görə, münaqişənin nizamlanması məsələsinin müzakirəsi zamanı Ermənistan nümayəndləri Riçard Kirakosyan və Tevan Poqosyan “işğal” terminindən istifadənin məqbul olmadığını bəyan ediblər.
Onların sözlərinə görə, Qarabağda “xalq hərəkatı” və “vətəndaşların öz hüquqlarının pozulmasına qarşı müqaviməti” baş verib, odur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışmaq olmaz.
Onlar həmçinin bildiriblər ki, danışıqlarda Dağlıq Qarabağın iştirakı olmadan nizamlanma mümkün deyil.
Öz növbəsində Azərbaycan Milii Məclisibnin deputatları Ziyafət Əsgərov, Siyavuş Novruzov və Zahid Oruc bildiriblər ki, Ermənistanın təcavüzə birbaşa aidiyyatı var, erməni tərəfinin məhəl qoymadığı BMT-nin 4 qətnaməsi də bunu göstərir.
Əgər bütün erməni rəhbərliyi Qarabağ separatçılarından ibarətdirsə, əgər Ermənistan Azərbaycanla müharibənin iştirakçılarına pensiya ödəyirsə, necə demək olar ki, Ermənistanın münaqişəyə aidiyyatı yoxdur?
Erməni tərəfinin təcavüzə bəraət qazandırmaq və onu öz müqəddəratını təyin etmək uğrunda mübarizə kimi təqdim etmək cəhdləri münaqişənin həllini dalana dirəyir.
Bundan sonra seminara sədrlik edən Hyu Beyli tərəfləri diskussiyanı “konstruktiv dialoq”a keçirməyə çağırıb.
***
İyunun16-da Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Routh” seminarı açılıb.
Üç günlük seminarın iştirakçılarını Milli Məclisin sədri Oqtay Əsədov və NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov salamlayıblar.
NATO PA-nın prezidenti Hyu Beyli öz çıxışına başlarkən deyib ki, “Sülh naminə tərəfdaşlıq” proqramı ölkələrindən biri – Gürcüstan çərşənbə axşamı NATO üzvlüyünə hazır olduğunu bəyan edəcək.
Sonra Hyu Beyli gündəliyi açıqlayıb. Gündəliyə 9 sessiya daxildir: Krım böhranı və onun Cənubi Qafqaza təsiri, Azərbaycanın İran da daxil olmaqla, qonşuları ilə münasibəti, İraqda vəziyyət (Mosulda Türkiyə konsulluğunun zəbt edilməsi də daxildir).
Seminarın birinci günündə iştirakçılar Azərbaycanın xarici siyasi təhlükəsizliyinin prioritetləri (avroatlantika məkanına inteqrasiya daxil olmaqla), Qarabaq münaqişəsinin nizamlanması prosesində Azərbaycanla Ermənistan arasında münasibətlər, Azərbaycanda idarəetmə sahəsində islahatlar kimi məsələləri müzakirə edəcəklər.
NATO PA seminarı formatında ilk dəfə olaraq NATO PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naapetyanın rəhbərliyi ilə erməni nümayəndələr tədbirdə iştirak edirlər.
Nümayəndə heyətinə həmçinin İrs Partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan və Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan daxildir.
Ötən gün rəsmi Bakı Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verib.
NATO-nun “Rose Routh” seminarları 1990-cı ildən keçirilir və Şimali Atlantika Alyansı ilə Mərkəzi və Şərqi Avropa ölkələri parlamentləri arasında tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlib. 2004 və 2008-ci illərdə seminarlar Bakıda keçirilib.