90,000 NATO əsgəri Soyuq müharibədən bəri ən böyük hərbi təlimlərdə iştirak edəcək

Your browser doesn’t support HTML5

NATO Soyuq müharibədən bəri ən böyük hərbi təlimlərinə başlayıb. Gələn aylarda on minlərlə əsgər Rusiyadan gələn təhlükə fonunda Avropa boyu hərəkət edəcək.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən iki il sonra münaqişə tükəndirmə müharibəsinə çevrilir – NATO isə Moskvadan gələn təhlükəyə uyğunlaşır.

Alyans bu həftə Soyuq müharibədən bəri ən böyük hərbi təlimlər olan Steadfast Defender 24-ə başlayıb. Növbəti aylarda NATO-nun 90 minə yaxın hərbi qulluqçusu 2023-cü ildə Rumıniyada olduğu kimi Avropada bir sıra təlimlərdə iştirak edəcək. Bundan əlavə əlli dəniz gəmisi, səksən təyyarə və mindən çox döyüş maşını iştirak edəcək.

“Biz bütün bunları Moskvada NATO ərazisinin hər qarışını qorumağa hazır olduğumuz barədə yanlış hesablama və ya anlaşılmazlıq üçün hər hansı bir ehtimalı aradan qaldırmaq məqsədilə hazırlığımızın və qüvvəmizin olmasını təmin etmək üçün edirik,” NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Əsgərlərin və hərbi texnikanın yerdəyişməsinin logistik çətinliyi təlimlərin əsas hissəsini təşkil edir.

“Onlar bura necə gəlirlər? Və necə tez gəlirlər? Çünki Ukraynadakı müharibə bizə göstərdi ki, çox ləng olmaq o deməkdir ki, torpaqlarınızın bir hissəsinin işğal edilə bilər və onu geri almalı olacaqsınız,” Xarici Əlaqələr Şurasından Liana Fiks deyir.

Növbəti aylarda alyansa qoşulmağa ümid bəsləyən İsveç də təlimdə iştirak edəcək.

Bu, 1980-ci illərdəki Reforger təlimlərindən bəri NATO-nun ən böyük təlimidir.

Lakin NATO öz gücünü nümayiş etdirdiyi bir vaxtda, müttəfiqi Ukraynanın sursatları azalır. Belə ki, həm ABŞ, həm də Avropa İttifaqında hərbi yardım paketləri siyasi çəkişmələr səbəbindən blok olub.

“Ukraynanın narrativi odur ki, Ukrayna NATO-nu müdafiə edir. Və əgər Ukraynanı həqiqətən də Rusiyanın ordusunu kiçiltdiyinə, Rusiya ordusunu kiçiltməyə davam etdiyinə və Rusiyanın NATO alyansı üçün yaratdığı hərbi təhlükəni azaltdığna dair məntiqlə irəliləsək, bu, əsaslı bir narrativdir. Ona görə də, Ukraynanın nöqteyi-nəzərindən NATO-nun bu təlimini izləmək tənha bir an olmalıdır,” Xarici Əlaqələr Şurasından Liana Fiks deyir.

NATO bu həftə Ukraynanı təchiz etdikləri üçün üzvlərinin tükənmiş ehtiyatlarını artırmaq məqsədilə 220 min artilleriya sursatı üçün müqavilə imzalayıb – amma onların gəlməsi iki-üç il çəkəcək.