NATO-nun baş katibi müdafiə məsrəflərinin ixtisarına dair narahatlığını bildirib

NATO-nun baş katibi müdafiə məsrəflərinin ixtisarına dair narahatlığını bildirib. Anders Fog Rasmussen hökumətlərə müraciət edərək, ixtisarların dayandırılması,millətlərarası əməkdaşlıq yolu ilə resurslardan qənaətlə istifadə edilməsinə səsləyib.

Brüsseldə NATO-nun baş qərargahında danışan Rasmussen iqtisadiyyatın dirçəldiyi təqdirdə müdafiə yatırımlarının artırılmasına çağırıb.

ABŞ-ın müdafiə nazirliyini 46 milyard dollarlıq vəsait ixtisarı gözləyir. Müdafiə naziri Leon Panetta ziyanın dərin olacağını deyir.

NATO-nun ikigünlük sammitində iştirak edən Panetta vəzifəsini tərk etmək üzrədir. Senat onun davamçısı Çak Heygelin təsdiqini təxirə salıb.