NATO Putinin hədələrinin qəbuledilməz olduğunu bildirir

NATO Rusiya prezidenti Vladimir Putinin müttəfiqləri hədəfə alması hədələrinin qəbuledilməz olduğunu və hərbi alyansın aqressiyanın qarşısını almaq üçün hərbi qüvvələri istifadəsinə davam edəcəyini bildirir.

NATO-nun sözçüsü Oana Lunqesku cümə axşamı bildirib ki, Rusiyanın NATO müttəfiqlərini hədəfə alması qəbuledilməz və qeyri-səmərəlidir.

Putin cümə axşamı Moskvada çıxışı zamanı vurulması mümkün olmayan yeni strateji nüvə silahlarını qeyd edərək, Qərbə “siz bizi durdurmağa müvəffəq olmadınız” mesajını verdi.

Lunqesku deyib ki, NATO-nun raketdən müdafiə sistemi Avropadan və Şimali Amerikadan kənardan gələ biləcək hücumların qarşısını almaq üçün hazırlanıb və Rusiyaya ünvanlanmayıb.

Rusiyanın Ukraynadakı “aqressiv addımlarını” və Avropanın ətrafında hərbi mövqelərini genişləndirməsini qeyd edən sözçü əlavə edib ki, “NATO Rusiyaya qarşı iki-xətli yanaşmasına – çəkindirmə və müdafiə ilə bərabər, mənalı dialoqa davam edir.”