NATO öz əsgərlərinin müəmmalı qətlini araşdırır

Əfqan Milli Ordusunun əsgərləri ABŞ hərbçiləri ilə bərabər patrul çəkir

NATO bildirir ki, Əfqanıstanın cənubunda Əfqan Milli Ordusuna məxsus əsgərin bir neçə koalisiya əsgərini öldürməsi barədə məlumatı araşdırır. Alyans Helmənd vilayətinin Sangin qəsəbəsində yerləşən hərbi bazada NATO əsgərlərinin necə həlak olmasını öyrənmək üçün əfqan hökuməti ilə əməkdaşlıq edir. Taliban qüvvələri xəbər verir ki, əfqan əsgər ən azı iki NATO əsgərini qətlə yetirdikdən sonra qiyamçıların tərəfinə keçib.NATO əsgərləri bir çox hallarda bazaları əfqan əsgərlərlə bölüşürlər ki, bu, da onları düşmən tərəfə keçmiş yerli hərbçilərin hücum riski qarşısında qoyur.