NATO-nun döyüş təyyarələri Tripoli ətrafındakı bölgələri bombardman edib

NATO-nun döyüş təyyarələri Tripoli ətrafındakı bölgələri bombardman edib

NATO-nun döyüş təyyarələri bu gün Liviyanın paytaxtı Tripoli ətrafındakı bölgələri bombardman edib. Alyansın bildirdiyinə görə, hücumun hədəfi nəzarət və komanda obyektləri, habelə kommunikasiya infrastrukturu olub. NATO Liviyanın mülki əhaliyə hücum edən 32-ci Elit Briqadasının baş qərargahının da bombalandığını bildirir. Dövlət mediasının məlumatına görə, hücumlar Qəzzafinin vətəni Sirte, paytaxt Tripoli və vənub-qərb regionu Əl-Hirada həyata keçirilib. Bu arada Böyük Britaniya mühasirəyə alınmış rəqib qüvvələrə yardım məqsədi ilə Liviyaya hərbi məsləhətçilər göndəririr. Dünən BMT Liviyada təcili atəşkəsə çağırıb. BMT və Liviya rəsmiləri Misrataya humanitar yardım çatdırılmasına razılaşsalar da, Qəzzafi qüvvələrinin rəqib döyüşçülərin anklavına hücum etməyəcəyi barədə zəmanət əldə olunmayıb.