NATO-nun adsız düşmənə qarşı Norveç hərbi təlimləri

Your browser doesn’t support HTML5

NATO-nun adsız düşmənə qarşı Norveç hərbi təlimləri

Çoxlu sayda fiordlara sahib Norveç dünyanın ən sakit və dinc ölkələrindən sayılır. Bu ölkənin mühasirədə olduğunu düşünmək belə çətindir.

Ancaq bir ay bundan öncə Norveç, Finlandiya və İsveç də daxil olmaqla 29 NATO ölkəsi işğalçı qüvvəyə qarşı kollektiv şəkildə müqavimət göstərə biləcəklərini nümayiş etdirib.

İttifaq quruda, havad və suda öz gücünü göstərib. Təbiii ki, sadəcə simulyasiya olaraq.

NATO rəsmiləri deyirlər ki, 50 min nəfərlik hərbçinin iştirakı ittifaqın kollektiv müdafiəyə göstərdiyi bağlılığı sübut edir. Bəs kimdən müdafiəyə?

"Bu təlimlər uzun müddətdir ki, planlaşdırılır. Birbaşa olaraq kiməsə qarşı deyil." - deyə, NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Döyüş meydanından çox da uzaq olmayan Trondheim şəhərinin sakinlərinin isə öz nəzəriyyələri var.

''Məncə bu Rusiyaya qarşıdır. Onlar bunu demir amma məncə belədir."

''Bizim şərqdəki qonşularımız üçün."

''Əlbəttə ki, Rusiya düşməndir."

Cari geosiyasət heç nəyi unutmur. Norveç Rusiyanın 2014-cü ildə Krımı ihlaq etməsindən sonra Rusiyanın davranışlarının narahatlıq doğurduğunu bəyan edən NATO-nun digər üzvlərinə qoşulub.

Bəziləri xəbərdarlıq edirlər ki, Norveçin hərbi təlimlərə ev sahibliyi etməsi Avropanın şimalındakı şərq-qərb böhranını daha da dərinləşdirəcək.

"NATO-nu şimala daşımaq təşəbbüsü Rusiyada çox şüphəli qarşılanır. Norveç müdafiəsini gücləndirdiyini bildirir ancaq bu Rusiya tərəfindən belə görünmür."- deyə, Norveçin Xarici Əlaqələr İnstitutunun üzvü Culi Vilhelmsen bildirib.

ABŞ 15 minlik qoşunla təlimlərin ən böyük ölçülü kontingentini təşkil edir və 2017-ci ildən etibarən yüzlərlə dəniz donamması yerləşdirilib.

Dəniz piyadaları deyirlər ki, Norveçin iqlimi lojistik məsələri daha da stressli edir və "Soyuq müharibə" termininə yeni məna qazandırır.

"Belə bir şeyi normalda biz Amerikada görə bilmərik. Qar zəncirlərindən istifadə etmək üçün hansısa günü gözləməyə ehtiyac yoxdur." - deyə, dəniz piyadası mayor Reymond Hant bildirib.

ABŞ tərəfi düşünür ki, qoşunların təlimlərdə iştirakı prezident Trampın ittifaqı tənqid etməsinə baxmayaraq ABŞ-ın NATO-ya olan öhdəliyi ilə bağlı narahatlıqları aradan qaldırmalıdır.

"Bizim NATO İttifaqı çox güclüdür və biz birlikdəyik." - deyə, ABŞ-ın NATO-dakı səfiri Key Beyli bildirib.

Əsgərlərin isə şüphə etmədiyi bir həqiqət budur ki, hətta döyüşlər simulyasiya olsa belə potensial düşmənə gndərilən mesaj hər zaman olduğu kimi həqiqi olmalıdır.