NATO gözlənilmədən Liviyada bombalama əməliyyatlarını dayandırmaq barədə qərarını təxirə salaraq BMT və başqa beynəlxalq təşkilatlarla missiyanı sona çatdırmağı müzakirə etməyə başlayıb.
Ötən həftə alyans hərbi missiyanı oktyabrın 31-də sona çatdıracağını bəyan etmişdi. NATO nazirləri çərşənbə günü Brüsseldə bir araya gələrək bitirmə vaxtını müzakirə etməli idilər. Lakin görüş cümə gününədək təxirə salındı.
Liviyanın müvəqqəti lideri NATO-nu missiyasını ən azı ilin sonunadək davam etdirməyə çağırdı. Milli Keçid Şurası Müəmmər Qəzzafi loyalistlərinin hələ də ölkədə sabitliyə təhlükə törətdiklərini əsas gətirdi.